Hhər şey martın sonlarında 3 “oğru”x9d deportasiya edilməsi ilə bağlayıb. “Rafo”x9d ləqəbli Rafiq Amoyan, “Luka Asinedze”x9d kimi tanınan Albert Maqamedov və “Vitya Tbilisski”x9d kimi tanınan Vitali Avidyan ölkədən çıxarılıb.
Aprelin 18-də isə daha bir neçə “qanuni oğru”x9d barədə qərar verilib. Onların arasında “Merab Tbilisski”x9d kimi tanınan Merab Kalaşov da var. O, bir neçə gün əvvəl İrəvana gəlib və orda “sxodka”x9d keçirməyə planlaşdırıb. Ancaq Rusiyadakı hüquq-mühafizə orqanları ilə təmaslardan sonra ona İrəvanı təcili tərk etmək barədə göstəriş verilib. Qeyd edək ki, Ermənistan keçmiş SSRİ məkanında “qanuni oğru”x9dların özlərini komfortda hiss etdikləri yeganə ölkə olub. Hakimiyyət onları özü və ictimai asayiş üçün təhlükə hesab etmədiyindən “oğru”x9dların fəaliyyətinə maneə yaradılmayıb.
Dəfələrlə İrəvanda genşimiqyaslı “sxodka”x9dlar keçirilib. Polis basqısı olmadığına görə İrəvan hətta bir müddət “sxodka”x9d paytaxtı da elan edilib. Lakin son zamanlar ölkədə yaranan durum hakimiyəti “qanuni oğru”x9dlara qarşı davranışı daha da sərtləşdirməyə vadar edib. Belə ki, cəbhədə vəziyyətin gərginləşdiyi və daxildə hakimiyyət üçün təhlükə olduğu bir zamanda ölkədə nüfuza malik olan “qanuni oğru”x9dların da qəzəbinə tuş gəlmək və onların təsiri ilə ölkədə kriminogen durumun nəzarətdən çxa biləcəyi ehtimalını dəyərləndirən hakimiyyət kriminal “generallara”x9d qarşı sərt mövqe nümayiş etdirməyə başlayıb. (Cebhe.info)
































































































