Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti Rusiyanın Ukrayna ilə sərhəddə çoxsaylı hərbi texnika və canlı qüvvə toplaması ilə bağlı məlumat yayıb. Məlumata görə, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum hazırlığındadır və bu məqsədlə də seperatçılara məxsus hərbi birlikləri bərpa etməyə başlayıb.
Maraqlıdır, Rusiyanın
Ukraynaya qarşı yenidən cəbhə açması, irimiqyaslı hərbi əməliyyatlara start
verməsi mümkündürmü? Ukrayna belə bir savaşa tab gətirə bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Rusiyanın
Avropa istiqamətində hərbi aktivliyinin gözlənilən oluğunu vurğuladı: “Xatırlayırsınızsa,
Putin Suriyadakı Rusiya Silahlı Qüvvələrinin bir hissəsini bu ölkədən
çıxartmaqla bağlı qərar qəbul edəndə, mətbuata açıqlamamda bildirmişdim ki,
bundan sonra Rusiya diqqətini Avropa istiqamətində cəmləyəcək. Avropa istiqamətində
bütün peremetrlər üzrə hərbi-siyasi aktivliyini artıracaq. Bundan öncə Baltik dənizində
ABŞ gəmisinə yönəlik Rusiyanın aqressiv hərəkətləri oldu. Azərbaycan-Ermənistan
təmas xəttində atəşkəsin pozulması, Ukraynada təmas xətində gərginliyin
artması, eyni zamanda Ukrayna-Rusiya sərhəddində müşahidə edilıən hərbi
aktivlik bu siyasətin tərkib hissəsidir. Rusiya aqressiv xarici siyasət aparmaqla
öz istəklərinə nail olmaq istəyir. Suriyada aktivlik göstərməklə dünya məsələlərinin
həllində, siyasi-diplomatik danışıqlarda əvvəli nüfuz və yeriuni bərpa etməyə
çalışırdı. Görünür, bundan bir nəticə əldə edə bilmədiyi üçün yenidən əvvəli
siyasətinə - aqressiv siyasətə, hərbi siyasətə qayıdıb. Bir növ, dünya birliyini
şantaj etmək yolu ilə istədiyinə nail olmağa çalışır”x9d.
Politoloqun sözlərinə görə,
Rusiyada sosial-iqtisadi vəziyyətin ağırlaşması, Putinin əvvəlki nüfuzunu itirməsi və s. kimi
amillər də Kremli aqressiv xarici siyasətə sövq edən amillərdir:
“Həm neftin qiymətinin
aşağı səviyyədə qalması, həm də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkədə
sosial-iqtisadi vəziyyətə ciddi şəkildə təsir göstərməyə başlayıb və Rusiya
daxilən zəifləyir. Eyni zamanda, xarici siyasətdə də əvvəlki nüfuzunu itirir.
Bu baxımdan, Rusiyanın Ukrayna istiqamətində fəallaşması gözlənilən idi. Ukrayna
yeni Avropa təhlükəsizlik sisteminin məhək
daşı olduğuna, ABŞ, Avropa Birliyi və NATO bu məsələyə həssas yanaşdığına görə,
Rusiya öz aləmində qarşı tərəfin “yumşaq qarnına”x9d təzyiq göstərməyə başlayıb. Məqsəd
isə xarici siyasət maraqlarını həyata keçirməkdir. Rusiya çalışır ki, öz
maraqlarını bu yolla yeridə bilsin.
Rusiya daxilində Putinin
nüfuzu əvvəlki dövrə nisbətən enib. Buna görə də ictimai rəyi yalançı “yemləmək”x9d
üçün Kreml yeni qələbələrə ehtiyac hiss edir”x9d.
S.Əkbərin qənaətincə, əgər
belə bir hücum reallaşarsa, o zaman Ukrayna bu hücuma əvvəlkindən daha ciddi,
daha sərt şəkildə müqavimət göstərə biləcək:
“Əgər Rusiya yenidən Ukraynada hərbi aktivliyə
cəhd edərsə, o zaman daha böyük, daha qanlı toqquşmalar baş verəcək. Çünki
Ukrayna ordusu əvvəlki ordu deyil. Ukraynanın artıq 140 mindən çox muzdlu
döyüşçüsü var. 20 min hərbçi isə Milli
Qvardiyada toplaşıb. Rusiyanın 160 min nəfərlik ordu ilə toqquşmasının nəticəsi
istənilən halda ağır olacaq”x9d.
Seymur Əliyev
































































































