Jirinovski ruslara səsləndi: “Tətil üçün Türkiyəyə getməyin!”

Hazırda oxunan: Jirinovski ruslara səsləndi: “Tətil üçün Türkiyəyə getməyin!”

13267

“Ruslar cənub ölkələrinə tətilə getməməlidirlər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski Telegram kanalında bildirib.

"Liberal Demokrat Partiyası adından dəfələrlə cənub ölkələrinin kurortlarına getməməklərini xahiş etdik. Çox infeksiya var" deyə o, yazıb.

Bir nümunə olaraq Jirinovski Maldiv adalarından Denge xəstəliyi ilə qayıdan Novosibirsk vilayətinin iki sakinini göstərib. 

Onun sözlərinə görə, belə istirahətdən sonra yalnız özünüzü deyil, həm də onlarla, hətta yüzlərlə insanı yoluxdura bilərsiniz.

Liberal Demokrat Partiyasının lideri, həmçinin cənub ölkələrində daşınmaz əmlak almağa qarşı çıxıb.

O, hesab edir ki, əmlakları əllərindən alına bilər.

Xatırladaq ki, Denge subtropik və tropik bölgələrdə yayılan və təhlükəli virusu olan bir xəstəlikdir.Simptomları yüksək atəş, öskürək, ürək bulanması, baş və bel ağrısıdır.

Rusiyada “Rospotrebnadzor”un izah etdiyi kimi, Denge xəstəliyinin təbii ocaqları yoxdur, lakin idxal edildiyi qeydə alınıb.

Qeyd edək ki, Jirinovski cənub ölkələri deyəndə məhz Türkiyəni nəzərdə tutur, çünki ruslar koronavirus məhdudiyyətlərinə baxmayaraq ötən ilin yayında dincəlmək üçün daha çox qardaş ölkəyə gediblər.

Yəqin bu ənənə bu il də davam edəcək. Rusiya vətəndaşlarının da Türkiyənin kurort şəhərlərində, xüsusilə Antalyada mənzil almaqları haqda internet resurslarında xeyli informasiyalar var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin