Moldovanın Rusiyadakı konsulu "arzu olunmaz şəxs" elan edildi - VİDEO

Hazırda oxunan: Moldovanın Rusiyadakı konsulu "arzu olunmaz şəxs" elan edildi - VİDEO

132656

Rusiya Moldova səfirliyinin əməkdaşını "arzu olunmaz şəxs" (persona non-qrata) elan edib və respublikanın bəzi məmurlarına ölkəyə girişinə qadağa qoyub. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. 

Mənbə yazır ki, Moldovanın Moskvadakı diplomatik missiyasının rəhbəri Lilian Dariusa müvafiq nota verilib. 

"Aprelin 25-də Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Kişinyov tərəfindən Rusiyaya qarşı davam edən qeyri-dost addımlarla əlaqədar kəskin etiraz edilib".
Nazirlikdən bildiriblər ki, bu, aprelin 19-da Moldova hakimiyyətinin Rusiyanın Moldovadakı səfirliyinin əməkdaşının persona-non-qrata elan edilməsinə qarşı atılan addımdır.

“Kommersant” qəzetinin yazdığına görə, persona non-qrata elan edilən şəxs Moldovanın Rusiyadakı konsuludur. 

Moldovanın daxili işlər naziri Anna Revenkonun və hakim Fəaliyyət və Həmrəylik partiyasından olan üç deputatın isə ölkəyə girişinə qadağa qoyulub.  
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin