Dmitri Medvedev: "Rusiyanın raketləri, mərmiləri, tankları tükənməyib" - VİDEO

Hazırda oxunan: Dmitri Medvedev: "Rusiyanın raketləri, mərmiləri, tankları tükənməyib" - VİDEO

132645

"Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və eks-prezident Dmitri Medvedev səsləndirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının müdafiə sənaye kompleksi xüsusi əməliyyat səbəbindən yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını tam ödəyir.

Eks-prezident qeyd edib ki, ABŞ Rusiyanı Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyir.

Dmitri Medvedev vurğulayıb ki, Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “ağıllarını itirən" bəzi dövlətlər onu "qovmağı" təklif edirlər.

"Bütün ölkələr yeni tammiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir", deyə o yekunlaşdırıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin