Böyük Britaniya və ABŞ-ın BMT-dəki nümayəndələri Barbara Vudvord və Linda Tomas-Qrinfild Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışından sonra Rusiyanı tənqid ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sky News” yayıb.
“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bir ildən çox vaxt keçir. Prezident Putin BMT Nizamnaməsini pozaraq bu ölkəyə inanılmaz əzablar gətirdi. Minlərlə ukraynalı öldürülüb, milyonlarla insan ev-eşiyindən didərgin düşüb və dünyada milyardlarla insan əmtəə qiymətlərinin artması və ərzaq təhlükəsizliyi ilə üzləşib. Rus nəsli öz gələcəyini itirib və Rusiya hökuməti bunun səbəbini izah edə bilmir. Rusiyanın Ukrayna ərazisinə iddiaları heç vaxt tanınmayacaq. Mən Rusiyanın xarici siyasətində effektiv və çoxtərəfli heç nə görmürəm”, - Vudvord bildirib.
Tomas-Qrinfild Rusiyanı məsuliyyətsizlikdə ittiham edərək, Ukraynaya qarşı başlatdığı müharibəni “qanunsuz, əsassız və lazımsız” adlandırıb.
“Rusiya sadəcə olaraq BMT Nizamnaməsini pozaraq beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirmək istəyir. Bu, qurumun müdafiə etdiyi hər şeyə ziddir. Rusiya siyasi oyunlar oynayır, real insanlar isə əziyyət çəkir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:17 / 24.04.2023
ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Rusiyanı tənqid edib
Hazırda oxunan: ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Rusiyanı tənqid edib
Hazırda oxunan: ABŞ və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasında Rusiyanı tənqid edib
132531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.