İranın təhsil işçiləri: “Kimyəvi hücumlara küçələrdə cavab verəcəyik”

Hazırda oxunan: İranın təhsil işçiləri: “Kimyəvi hücumlara küçələrdə cavab verəcəyik”

132469

“Məktəblərə kimyəvi hücumlar davam edərsə, qarşıdakı həftələrdə bu çürük beyinlərin stereotiplərinə və yanlış addımlarına bütün ölkə üzrə müəllimlərlə birlikdə küçələrdə cavab veriləcək”.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurasının bəyanatında bildirilir.

Şura müəllim və şagirdlərlə bağlı valideynlərin təşəbbüsü ilə ən qısa zamanda müstəqil məktəb mühafizə komitələrinin yaradılmasına çağırış edib.

Həmçinin təklif edilib ki, kimyəvi hücumlar davam edərsə, bu komitələrin dəstəyi ilə dərslər küçədə keçirilsin.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin