Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda o, “Komsomolskaya Pravda” qəzetinə danışıb.
“Bu mənim borcum idi. Dostlarım və başqaları ora gedəndə mən oturub seyr edə bilməzdim”, - deyə o, bildirib.
“Vaqner”ə qoşulmağın onun qərarının olduğunu açıqlayan Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini vurğulayıb. Bundan əlavə, Peskovun oğlu Ukraynada göstərdiyi hərbi şücaətə görə “İgidliyə görə” medalı aldığını bildirib.
Qeyd edək ki, “Vaqner” Rusiyada “özəl hərbi şirkət” kimi tanınır. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:00 / 24.04.2023
Peskovun oğlu “Vaqner”ə qoşularaq Ukraynada döyüşdüyünü AÇIQLADI
Hazırda oxunan: Peskovun oğlu “Vaqner”ə qoşularaq Ukraynada döyüşdüyünü AÇIQLADI
Hazırda oxunan: Peskovun oğlu “Vaqner”ə qoşularaq Ukraynada döyüşdüyünü AÇIQLADI
132437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.