Döyüş meydanından meyit çıxaran ermənilərin görüntüləri yayıldı - VİDEO

Hazırda oxunan: Döyüş meydanından meyit çıxaran ermənilərin görüntüləri yayıldı - VİDEO

132289
Ermənistan mediasında cəbhə xəttində baş verən toqquşmalardan sonra döyüş meydanında qalan əsgərlərin meyidlərinin mübadiləsinin videosu yayılıb.xa0

ANS PRESS-in Hetq.am saytına istinadla verdiyi məlumata görə, video 6 aprel tarixinə aiddir.

Xəbərdə bildirilir ki, əsgərlərin meyidlərinin mübadiləsi Beynəlxalq xa0Qızıl Xaç xa0Komitəsinin (BQXK) nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Azərbaycan ”“ Ermənistan təmas xəttində aprelin 2-də başlayan gərginlik 5-nə qədər davam etdi. Aprelin 5-də əldə edilən qarşılıqlı atəşkəsdən sonra döyüş meydanında qalan əsgərlərin götürülməsi prosesi başlayıb.

Bu günə kimi “hamının-hamıya”x9d prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib.

Ermənistanın təxribatına qarşı həyata keçirilən cavab tədbirləri nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Lələ

Dörd günlük döyüş əməliyyatları zamanı Ermənistan tərəfinin onlarla tankı, o cümlədən çox sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib. Azərbaycan Ordusu da əməliyyatlarda şəhid verib.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin