Rusiya qərarını verdi - Alman diplomatlar ölkədən çıxarılır

Hazırda oxunan: Rusiya qərarını verdi - Alman diplomatlar ölkədən çıxarılır

132280

Almaniya 30 rus diplomatını qovmaq qərarına gəlib. Kreml də buna cavab olaraq alman diplomatlarını ölkədən çıxaracaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

"Almaniya hakimiyyəti növbəti dəfə rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəlib. Biz Berlinin bu hərəkətlərini qətiyyətlə pisləyirik. Almaniyanın düşmənçilik hərəkətlərinə cavab kimi alman diplomatları Rusiyadan çıxarmağa və Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa qərar verdik", - Rusiya XİN-in bəyanatda deyilir.

Bildirilib ki, qərar Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Moskvadakı səfiri G. von Geyrə çatdırılıb.

Qeyd edək ki, Almaniya rus diplomatlarını məlumat toplamaq ittihamı ilə ölkədən çıxarmaq qərarını verib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin