Kanadada aeroportdan 17 milyon dollarlıq qızıl oğurlandı

Hazırda oxunan: Kanadada aeroportdan 17 milyon dollarlıq qızıl oğurlandı

132093

Kanadada oğrular 17 milyon dollar dəyərində qızıl oğurlayıblar. 

Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, oğurluq hadisəsi Toronto hava limanında baş verib. 

Müfəttiş Stiven Dyvesteinin sözlərinə görə, aprelin 17-nə keçən gecə qızıl külçələri daşıyan təyyarə Torontoya çatıb. Qiymətli yük konteynerə daşınaraq anbara təhvil verilib. Lakin qiymətli metal bir qrup naməlum şəxs tərəfindən oğurlanıb.  
Hazırda hüquq-mühafizə orqanlarında cinayəti törədənlərin kimliyi barədə məlumat yoxdur. 

Rəsmilər isə yükün hansı aviaşirkət tərəfindən çatdırıldığını, haradan gəldiyini və hara getdiyini söyləməkdən imtina ediblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin