Ərdoğan: ““Togg” təkcə milli deyil, həm də qlobal brendə çevriləcək” 

Hazırda oxunan: Ərdoğan: ““Togg” təkcə milli deyil, həm də qlobal brendə çevriləcək” 

132091

Türkiyənin ilk elektrikli avtomobili “Togg” təkcə milli deyil, həm də dünya brendinə çevriləcək. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya məscidində bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. 

O vurğulayıb ki, Türkiyənin ilk elektrik avtomobili olan “Togg”un tədarükləri davam etdirilir. 

Türkiyə lideri xatırladıb ki, “Togg” markalı avtomobillər Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevə də verilib. 
Qeyd edək ki, “Togg”un seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub. Bu elektrikli avtomobillərin satışına mart ayından başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin