“İtimi tapana 500 min dollar verəcəm” – Ulduz müğənni yalvardı

Hazırda oxunan: “İtimi tapana 500 min dollar verəcəm” – Ulduz müğənni yalvardı

13205

Bizim.Media xəbər verir ki, məşhur müğənni Ledi Qaqanın itlərinə baxan baxıcı onun sevimli köpəklərini gəzməyə çıxararkən, silahlı hücuma məruz qalıb. 

Hadisə zamanı cinsi Fransız buldoqu olan Ledi Qaqanın “Koji” və “Gustav” adlı iki köpəyi oğurlanıb. 

Artıq istintaq başladılıb, hücumun qəsdən həyata keçirildiyi iddia olunur.

Olay əsnasında qaçan üçüncü köpək “Miss Asiya” isə polis tərəfindən tapılaraq geri qaytarılıb.

Köpəklərinin həsrəti ilə qovrulan müğənni onları tapana nə az, nə çox, düz yarım milyon dollar verəcəyini söyləyib.

Xatırladaq ki, ABŞ-da Fransız buldoq cinslərinin qiymətinin 2-10 min dollar arasında olduğu deyilir. 

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin