İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən İran liderinin qaldığı otel otağı mətbuatda müzakirələrə səbəb olub.
Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhaninin Taksimdəki "CVK Park Bosphorus Hotel”x9ddə qaldığı məlum olub. Prezidentin qaldığı otel otağının sahəsi 850 kvadrat metr, bir gecəlik qiyməti isə 100 min lirə olub.
Türkiyənin ən böyük otel otağının pəncərələri isə gülləkeçirməyəndir, hətta, qumbaraatan mərmisinə belə dözümlüdür.































































































