“Rusiya vətəndaşları ruhdan salmamaq üçün Belqoroda özlərinin hava bombası atdıqlarını etiraf ediblər”.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Onun sözlərinə görə, Belqoroda təsadüfi zərbə endirdikdən sonra ruslar riskləri hesablayıblar və buna görə də öz ərazilərini bombaladıqlarını etiraf ediblər.
“Riskləri hesablayıblar. Desələr ki, Ukrayna hücuma keçib, o zaman daha da əhəmiyyətli dərəcədə ruhdan düşəcək. Sonra Rusiyada danışmağa başlayacaqlar, bəs hava hücumundan müdafiə haradadır? O zaman başa düşəcəklər ki, Rusiya qorunmur”, - Podolyak bildirib.
Podolyak həmçinin Rusiyada hava hücumundan müdafiə sistemlərinin olmadığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:55 / 21.04.2023
“Rusiyanın hava hücumundan müdafiə sistemləri qalmayıb” – Podolyak
Hazırda oxunan: “Rusiyanın hava hücumundan müdafiə sistemləri qalmayıb” – Podolyak
Hazırda oxunan: “Rusiyanın hava hücumundan müdafiə sistemləri qalmayıb” – Podolyak
132042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.