Bizim.Media xəbər verir ki, 94 yaşlı kraliça və 99 yaşlı əri Edinburq yanvar ayında vaksin olunublar.
İndi hər ikisinin səhhəti normaldır və yan təsirlər hiss etməyiblər.
MÖVZU İLƏ BAĞLI:
Kraliça II Elizabetin gizlətdiyi sərvəti – İngiltərə mediasında şok idda
Ötən gün keçirilən video - konfransda jurnalistlər II Elizabetdən peyvənd təcrübəsi barədə soruşublar.
O bildirib ki, “Çox sürətli baş verdi. Heç bir ağrı hiss etmədim. İndiyə kimi heç cür yan təsirlə qarşılaşmamışam”.
Kraliça, “Peyvəndlənmə ilə bağlı bəzi insanları tərəddüdünü bildiyimdən demək istəyirəm ki, tək özünüzü yox, başqalarını da düşünün", deyə fikrini tamamlayıb.
Gül Qədirli, Bizim.Media