Game of Thrones”x9dun (Tax-tac oyunları) hələ yayımlanmamış seriyalarını izləmək üçün ya komandanın bir parçası olmalısınız, ya da ABŞ prezidenti...
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, serialın yazarları verdikləri açıqlamada B.Obamanın xahişi ilə ABŞ prezidentinə serialın özəl bölümlərinin surətini göndərəcəklərini bildiriblər.
B.Obamanın serialı izlədikdən sonra bu haqda nəsə yazıb-yazmayacağı isə indidən müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, aprelin 24-də ABŞ-da serialın 6-cı sezonunun nümayişinə başlanılacaq.





























































































