Sudanda SON VƏZİYYƏT: Ölənlərin sayı artdı, 125 xəstəxana dağıldı

Hazırda oxunan: Sudanda SON VƏZİYYƏT: Ölənlərin sayı artdı, 125 xəstəxana dağıldı

131987

Sudan ordusu ilə ölkənin xüsusi təyinatlılar arasında toqquşmaların başladığı aprelin 15-dən bu günə kimi qarşıdurmalarda 600-dən çox adam ölüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib. 

Nazir əlavə edib ki, Xartumda gedən döyüşlər nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib. 

İbrahim qeyd edib ki, hazırda nazirlik xaricdən yardım almaqda böyük çətinliklərlə üzləşib. Onun sözlərinə görə, müharibə uzansa, ölkə xəstəliklərdən və epidemiyaların yayılmasından əziyyət çəkəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin