İrəvanda Ermənistan Respublikası, İran İslam Respublikası və Hindistan Respublikası Xarici İşlər Nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya Departamentinin rəhbəri Seyid Rəsul Musəvi və Hindistan Xarici İşlər Nazirliyinin Baş Ərazi İdarəsinin rəisi Citender Pal Sinq rəhbərlik ediblər.
Görüşdə siyasi, iqtisadi, regional kommunikasiyalar ilə bağlı məsələlər müzakirə edilib, mədəni və şəxsiyyətlərarası əlaqələrin dərinləşdirilməsi perspektivləri və müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib.
Tərəflər üçtərəfli formatda əməkdaşlığa yönəlmiş məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:32 / 20.04.2023
3 ölkənin XİN rəsmisi İrəvanda bir araya gəldi
Hazırda oxunan: 3 ölkənin XİN rəsmisi İrəvanda bir araya gəldi
Hazırda oxunan: 3 ölkənin XİN rəsmisi İrəvanda bir araya gəldi
131937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.