Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar “Kızılelma”nın 6-cı və 7-ci uçuş sınaqlarında ardıcıl eniş-qalxış və yüksək sürətli uçuş sınaqları həyata keçirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar rəsmi tvitter hesabında məlumat verib.
O bildirib ki, “Kızılelma” dronu daha bir uğurlu sınaq uçuşunu icra edib:
"Bu gün “Kızılelma”nın 6-cı və 7-ci uçuş sınaqlarında ardıcıl uçuş və yüksək sürətli uçuş sınaqları həyata keçirdik. Müxtəlif böhtanlarla yolumuzu kəsməyə çalışanların yetişə bilməməsi üçün hər sınaqda sürətimizi bir az da artırırıq”.
Bizim.Media