Avropa Parlamenti Moldovanın ilin sonuna kimi Aİ-yə daxil olmasını istəyir

Hazırda oxunan: Avropa Parlamenti Moldovanın ilin sonuna kimi Aİ-yə daxil olmasını istəyir

131775

Avropa Parlamenti Moldovanın Avropa Komissiyasının doqquz tövsiyəsini yerinə yetirdikdən sonra 2023-cü ilin sonunadək Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara başlamaq təşəbbüsü ilə qətnamə qəbul edib. 

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı-Moldova assosiasiyası üzrə Parlament Komitəsinin sədri, rumıniyalı deputat Ziqfrid Mureşan sosial şəbəkələrdə məlumat yayıb. 

“Bu, Moldovanın Avropaya inteqrasiyasının bütün qitədən olan Avropa Parlamentinin üzvlərinin və bütün avropapərəst siyasi qrupların dəstəyinə sahib olduğunu göstərir. Moldova bizim təhlükəsizliyimiz üçün, bütün Aİ ölkələri üçün çox vacibdir. Moldovanın, eləcə də hamımızın sabitliyini uzunmüddətli təmin edə bilmək üçün ən etibarlı yol isə bu ölkənin Avropaya inteqrasiyasıdır”, - deyə Mureşan qeyd edib. 
Onun sözlərinə görə, qətnamə böyük səs çoxluğu ilə qəbul edilib: lehinə - 555, əleyhinə - 49, bitərəf – 26 səs. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin