Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Belarus və Polşa ilə sərhədində yerləşən Volın vilayətinə səfər edib.
Bizim.Media “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zelenski Volında ukraynalı sərhədçilərlə görüşüb.
Bununla yanaşı, Zelenski burada dövlət sərhədinin mühafizəsi, eləcə də regionda təhlükəsizliklə bağlı vəziyyətə dair iclas keçirib.
Bizim.Media