Qırğızıstan latın əlifbasına keçməyə hazırlaşır

Hazırda oxunan: Qırğızıstan latın əlifbasına keçməyə hazırlaşır

131702

Qırğızıstan latın əlifbasına keçməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu  barədə informasiyanı Qırğızıstanın dövlət dili komissiyasının rəhbəri Kanıbek Osmonaliyev yayıb.

Onun sözlərinə görə, siyasi qərar qəbul edilərsə, bir neçə variant hazırlanacaq və kiril əlifbasından latına keçid olacaq.

Osmonaliyev 1993-cü ildən belə cəhdlərin olduğunu xatırladıb.

Bundan əvvəl Qırğızıstan parlamentinin deputatları Emil Toktoşev və Kamilə Təliyeva kiril əlifbasından latın əlifbasına keçirilməsinin vacibliyini vurğulamışdılar.

Toktoşev kiril əlifbası ilə orijinal qırğız sözlərinin səhv yazıldığını da bildirmişdi.

Xatırladaq ki, Qırğızıstanda rus dili rəsmi dil statusuna malikdir. Hazırda ölkə ərazisində kiril əlifbasından istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin