Rusiya dronlarla Odessaya hücum etdi

Hazırda oxunan: Rusiya dronlarla Odessaya hücum etdi

131667

Rusiya qoşunları aprelin 19-na keçən gecə Şahed-136/131 pilotsuz uçuş aparatları ilə Odessa vilayətinə hücum edib, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 12 PUA-dan 10-nu məhv ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. 

"2023-cü il aprelin 19-na keçən gecə düşmən pilotsuz aparatlardan istifadə edərək Odessa vilayətinə növbəti hücuma keçib. Bu dəfə Cənub Hərbi Hava Qüvvələri Komandanlığının Odessa zenit-raket briqadasının əsgərləri 12 "Şahed-136/131" dronlarından 10-nu məhv edib”, - məlumatda deyilib. 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində Ukrayna müdafiə qüvvələri düşmənin 60-dan çox hücumunu dəf edib. Baxmut və Marinkada ən şiddətli döyüşlər davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin