Erməni “qanuni oğru”x9dnu Ukraynadan qovdular - Video

Hazırda oxunan: Erməni “qanuni oğru”x9dnu Ukraynadan qovdular - Video

131639
Aprelin 11-də Ukrayna Milli Polisinin cinayət axtarış deprtamentinin əməliyyatçıları Kiyevdə Ermənistan vətəndaşı, kriminal aləmdə “Rafik Yerevanski”x9d ləqəbi ilə “qanuni oğru”x9d kimi tanınan Rafik Amoyanı saxlayıblar.xa0

Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, həmin gün Dövlət Miqrasiya Xidməti “Rafik Yerevanski”x9dnin 5 il Ukrayna ərazisinə gəlişinin qadağan olunması haqda qərar qəbul edib.

Rafik Amoyan aprelin 11-də “Borispol”x9d hava limanından Ermənistana uçub. O, Ukraynaya bir neçə gün əvvəl gəlib.

Amoyanın Qafqaz regionundan olan mütəşşəkil cinayətkar qruplaşmaların cinayət fəaliyyətinə nəzarəti təşkil etməyə cəhd göstərib. O, dəfələrlə həbs edilib. İlk dəfə 1979-cu ildə Ermənistanda, sonuncu dəfə - 2011-ci ildə Rusiyada məhbus həyatı yaşayıb. Onun həbsinə səbəb soyğunçuluq, xuliqanlıq, silahla qanunsuz əməliyyat və narkotik olub. Amoyan üst-üstə 25 il həbsxanada yatıb.

Rafik Amoyan Moskvanın mərkəzində öldürülən “Ded Xasan”x9d ləqəbli “qanuni oğru”x9d Aslan Usoyanın qohumudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin