Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürəkəni - "Baykar"ın İdarə Heyətinin sədri Səlcuq Bayraktarın tənqid olunması ilə bağlı açıqlama verib.
Bizim.Media “Haberler.com”a istinadən xəbər verir ki, Əskişəhərdə gənclərlə görüşən Ərdoğan deyib:
"Yatırlar, qalxırlar, Səlcuq aşağı, Səlcuq yuxarı. Səlcuq sizə nə edib?", - deyə dövlət başçısı Bayraktarın ünvanına səslənən tənqidlərə sərt cavab verib.
Ərdoğan daha sonra Səlcuq ailəsinin Türkiyə dövlətinin inkişaf etməsi ilə bağlı gördükləri işlərdən danışıb.
Bizim.Media