Sudanda BMT-nin ofisi QARƏT EDİLDİ 

Hazırda oxunan: Sudanda BMT-nin ofisi QARƏT EDİLDİ 

131536

Sudanın Cənubi Darfur vilayətində BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi təşkilatının ofisi qarət edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits özünün “Twitter” hesabında məlumat verib. 

"Sudanda humanitar işçilərə qarşı hücumlar davam edir. Bu, qəbuledilməzdir və dərhal dayandırılmalıdır", - deyə BMT rəsmisi qeyd edib. 

Qeyd edək ki, aprelin 15-də ordu bölmələri ilə çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlıların) bölmələri arasında başlayan silahlı toqquşmalarda indiyədək 180-dən çox insan həlak olub, 1800-dən çox insan yaralanıb.    


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin