Fransada gecə saatlarında yenidən etiraz aksiyaları başlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yayılıb.
Mənbə yazır ki, insanlar Paris, Renn, Bordo, Strasburq, Lion və Fransanın digər şəhərlərində küçələrə axışıblar.
Onlar prezident Emmanuel Makronun pensiya islahatının bu ilin payızında qüvvəyə minəcəyini açıqladığı çıxışından narazılıqlarını bildiriblər.
Bizim.Media