Türkiyənin İstanbul şəhərində silahlı insident olub.
Bu barədə Bizim.Media “Haber Global”a istinadən xəbər verir.
Mənbə yazır ki, dayanacaqdakı avtomobilə silahlı hücum olub. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması məqsədilə əməliyyata başlayıb.
Bizim.Media