Pentaqon ABŞ hərbçilərinin Ukraynadakı əməliyyatlarda iştirakını TƏKZİB ETDİ 

Hazırda oxunan: Pentaqon ABŞ hərbçilərinin Ukraynadakı əməliyyatlarda iştirakını TƏKZİB ETDİ 

131300

Amerikalı hərbçilər Ukrayna ərazisindəki hərbi əməliyyatlarda iştirak etmir. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder “Washington Examiner” qəzetinə müsahibəsində açıqlayıb. 

“ABŞ-ın Ukraynada hərbi birləşməsi yoxdur. Biz Rusiya ordusuna qarşı heç bir hərbi əməliyyat aparmırıq. Birləşmiş Ştatlar bütün diqqətini Ukraynaya dəstəyə və təhlükəsizlik sahəsində lazım olan yardımlara yönəldib”, - deyə Patrik Rayder bildirib. 
Qeyd edək ki, bir müddət öncə Ukraynada NATO-nun 97 hərbçisi, o cümlədən 14 amerikalı əsgər fəaliyyət göstərdiyinə dair iddialar yayılmışdı və  Pentaqon bu iddiaları cavabsız qoymuşdu.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin