İspaniya bu ölkədəki səfirliyini BAĞLADI 

Hazırda oxunan: İspaniya bu ölkədəki səfirliyini BAĞLADI 

131296

İspaniya Sudanda ordu iləÇevik Dəstək Qüvvələri (HDK) arasında başlayan qarşıdurmalara görə paytaxt Xartumdakı səfirliyini müvəqqəti bağlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Minimum təhlükəsizlik şərtlərinə əməl oluna bilməyəcəyi üçün İspaniyanın Xartumdakı səfirliyi növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırır. Hər hansı bir kənar təsirdən çəkinin və evdə qalın”, - deyə məlumatda qeyd olunub. 
Qeyd edək ki, aprelin 15-i səhər saatlarından etibarən Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə HDK arasında silahlı toqquşmalar baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin