Moldovanın Komrat şəhərində keçirilən tədbirə qatılmaq üçün Moldovaya yollanan Tatarıstan Prezidenti Rüstəm Minnixanov ölkəyə buraxılmayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Minnixanov özü təyyarədə olarkən video müraciət şəklində yayıb.
Belə ki, Kişinyov hava limanında Minnixanova təyyarədən yerə enməyə belə icazə verilməyib.
Ölkə başçısı bildirib ki, Moldova rəhbərliyi onu “arzuolunmaz şəxs” elan edib.
Bizim.Media