Putin Çinin müdafiə naziri ilə hansı məsələləri müzakirə etdi? - VİDEO

Hazırda oxunan: Putin Çinin müdafiə naziri ilə hansı məsələləri müzakirə etdi? - VİDEO

131107

Rusiya Prezidenti Vladimir Putin Çin Dövlət Şurasının üzvü, Çinin müdafiə naziri Li Şanfu ilə işgüzar görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vladimir Putin görüş zamanı deyib ki, ölkələr arasında bütün sahələrdə əlaqələr çox yaxşı inkişaf edir:

“Rusiya və Çin faydalı məlumat mübadiləsi aparır, hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlıq edir, üstəlik, Uzaq Şərq regionunda, Avropada, dənizdə, quruda və havada birgə təlimlər keçirirlər”.

Onun sözlərinə görə, hərbi əməkdaşlıq iki ölkə arasında strateji əlaqələri gücləndirir: “Si Cinpinin Moskvaya son səfəri çox məhsuldar oldu”.

Li Şanfu bildirib ki, Rusiya və Çinin güclü əlaqələri var, onlar soyuq müharibənin ittifaqlarından üstündürlər.

Nazir ikitərəfli münasibətlərin xüsusi xarakterini və strateji əhəmiyyətini vurğulamaq üçün ilk səfər üçün xüsusi olaraq Rusiyanı seçdiyini deyib:

“Moskva ilə Pekin arasındakı münasibətlər bloklara qoşulmamaq, üçüncü tərəflə qarşıdurma yaratmamaq prinsipləri üzərində qurulub. Onlar çox möhkəmdirlər və yeni dövrə qədəm qoyublar.

Rusiya və Çin çiyin-çiyinə dayanır və xalqlarının rifahını yaxşılaşdırmaq üçün çalışırlar”.

 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin