Rusiyada deputat saxlanıldı - SƏBƏB - FOTO

Hazırda oxunan: Rusiyada deputat saxlanıldı - SƏBƏB - FOTO

131090

Novosibirskdə hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər şurasının deputatı, yaşayış massivlərinin inşaatçısı Aleksey Culayı dələduzluq işi üzrə saxlayıblar.

Bizim.Media “lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı hüquq-mühafizə orqanlarındakı mənbə yayıb.

Nəşr qeyd edir ki, Culay əvvəllər səhmdarların vəsaitləri ilə fırıldaqçılıq etməkdə şübhəli bilinən “Diskus” tikinti şirkətləri qrupunun sahibidir.

Aprelin əvvəlində müstəntiqlər Novosibirsk şəhərinin Oktyabrski rayonunda iki binanın tikintisi zamanı səhmdarların pulları ilə dələduzluq faktı üzrə cinayət işi açıblar. Daha sonra vilayət prokurorluğunun mətbuat xidməti “Diskus” şirkətlər qrupunun rəhbərliyinin şübhə altında olduğunu bildirib.

Məlumata görə, Novosibirskdəki Plyuşçixinski yaşayış massivində yaşayış binalarının tikintisi zamanı pul oğurlanıb. Binalardan birinin 2018-ci ildə, ikincisinin isə 2023-cü ilin birinci rübündə başa çatdırılması planlaşdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin