Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.
Bu barədə Bizim.Media CNN-ə istinadən xəbər verir.
Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.
Qeyd olunub ki, 19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir.
Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:14 / 16.04.2023
Tək yaşayan vətəndaşlara ayda 500 dollar veriləcək
Hazırda oxunan: Tək yaşayan vətəndaşlara ayda 500 dollar veriləcək
Hazırda oxunan: Tək yaşayan vətəndaşlara ayda 500 dollar veriləcək
131071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.