KXDR-in patrul qayığı dəniz sərhədini keçdi - Cənubi Koreyalı hərbçilər atəş açdı

Hazırda oxunan: KXDR-in patrul qayığı dəniz sərhədini keçdi - Cənubi Koreyalı hərbçilər atəş açdı

131066

Cənubi Koreyanın hərbi dəniz qüvvələri iki ölkə arasında de-fakto dəniz sərhədini keçən Koreya Xalq Demokratik Respublikasının patrul qayığına xəbərdarlıq atəşi açıb.

Bizim.Media xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya hərbçilərinə istinadla xəbər yayıb.

Bildirilir ki, hadisə aprelin 15-də saat 11:00 radələrində baş verib. KXDR-in patrul qayığı Sarı dənizdəki Cənubi Koreyanın Benqnyeonq adası yaxınlığında dəniz sərhədini keçib.

Cənubi Koreya hərbi dəniz qüvvələrinin hadisə yerindəki patrul qayığı ölkənin dəniz sərhədini tərk etməsi üçün Şimali Koreyanın patrul qayığına rabitə kanalları vasitəsilə xəbərdarlıq edib.

Şimali Koreya patrul qayığı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün Cənubi Koreya hərbçiləri 10 dəfə xəbərdarlıq atəşi açıblar.

Məlumatda qeyd olunub ki, KXDR-in patrul qayığı Çinin balıqçı qayığını təqib edərək, Cənubi Koreya sərhədini keçib. Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı əməliyyat zamanı ölkənin hərbi dəniz qüvvələrinin patrul qayığı ilə Çin balıqçı qayığının toqquşduğunu, nəticədə dənizçinin xəsarət aldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin