Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində bu ölkədəki səfirimiz Məmməd Talıbovun “Faciəvi gecədən 29 il sonra: Xocalı soyqırımı - Azərbaycan xalqına qarşı cinayət” başlıqlı məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın yaralandığı və itkin düşdüyünü bildirib və bu qətliamın bir sıra aparıcı beynəlxalq media qurumları tərəfindən əyani sübutlarla işıqlandırıldığını qeyd edib.
Ermənistan tərəfinin Xocalını işğal etməkdə məqsədinin həyata keçirdiyi təcavüz prosesinin gedişində strateji üstünlük əldə etmək və növbəti işğallar üçün yeni imkanlar yaratmaq olduğun deyən səfir, təcavüzkar dövlətin 1994-cü ilə qədər Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, Xocalı soyqırımının da bu prosesdəki ən qanlı qətliam olaraq tarixə düşdüyünü bildirib.
Eyni zamanda, Xocalıda dinc əhaliyə qarşı misilsiz amansızlıq törədilməsinin Azərbaycan xalqında qorxu yaratmaq məqsədi güddüyünü söyləyib və bu xüsusda, Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etiraflarını xatırladıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:06 / 26.02.2021
Peru mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO
Hazırda oxunan: Peru mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO
Hazırda oxunan: Peru mətbuatı Xocalı soyqırımı haqda yazdı - FOTO
13106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.