İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli altel Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, idmançı qələbə sonrası TRT-yə açıqlamasında medalını azərbaycanlı həmkarlarına həsr etdiyini, onları dəstəklədiyini bildirib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda İSTİQLAL MARŞI səsləndi - VİDEO
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib.
Bizim.Media