Ermənistanda keçirilən Avropa Ağır Atletika üzrə Çempionatda qadınlar arasında 45 kiloda mübarizə aparan Cansu Bektaş birdən qaldırmada 72 kiloqramlıq qaldırma ilə yeniyetmələr arasında Avropa rekordunu qıraraq qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, qaliblərin təltifetmə mərasimində Türkiyənin dövlət himni səsləndirilib.
MÖVZU İLƏ BAĞLI:
Atletlərimiz Gürcüstandan ölkəmizə YOLA SALINIB
Qeyd edək ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb.
Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.
Həmin görüntüləri təqdim edirik: