"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Hulusi Akar  

Hazırda oxunan: "Azərbaycanın yanında olmağa davam edəcəyik" - Hulusi Akar  

130953

Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən və nəticədə 3 hərbçimizin şəhid olduğu hərbi toqquşma ilə bağlı azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənova başsağlığı məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb. 

H.Akar Azərbaycan xalqının kədərini ürəyində hiss etdiyini bildirib: 

"Türkiyə və Azərbaycan iki dövlət, bir millət prinsipi ilə daim bir-birinin yanındadır. Bu günə qədər olduğu kimi, bundan sonra da can qardaşlarımız olan Azərbaycan türklərinin haqlı mübarizəsində bütün imkanlarımızla yanınızda olmağa davam edəcəyik. Şəhidlərimizə Allah rəhmət eləsin, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin