Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür.
Bizim.Media xəbər verir ki, bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
Administrasiyadan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir.
“Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” - deyə PA-dan bildiriblər.
Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:06 / 15.04.2023
Azərbaycan bayrağının yandırılması vandalizmin təzahürüdür – Türkiyə PA
Hazırda oxunan: Azərbaycan bayrağının yandırılması vandalizmin təzahürüdür – Türkiyə PA
Hazırda oxunan: Azərbaycan bayrağının yandırılması vandalizmin təzahürüdür – Türkiyə PA
130935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.