Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr İSTƏDİ

Hazırda oxunan: Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr İSTƏDİ

130922

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb. 

“Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”, - deyə O.Ağazaryan bu insidentə görə utandığını da qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin