Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı TAPŞIRIQ VERDİ

Hazırda oxunan: Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı TAPŞIRIQ VERDİ

130903

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. 

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistanın “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmadıqları bildirilir. 

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb.

Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin