İrəvanda bayrağımızı yandıran erməni SƏRBƏST BURAXILDI - VİDEO

Hazırda oxunan: İrəvanda bayrağımızı yandıran erməni SƏRBƏST BURAXILDI - VİDEO

130885

Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətlərində cinayət tərkibinin olmadığını bildirib.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

O bildirib ki, A.Nikolyana qarşı cinayət işi açılmayacaq.

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. Açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra Aram Nikolyan səhnəyə çıxaraq bayrağımızı götürərək yandırıb və zaldan çıxarıb. 

Xatırladaq ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin