Aİ Ukraynaya dəstək üçün 1 milyard avro YARDIM AYIRDI 

Hazırda oxunan: Aİ Ukraynaya dəstək üçün 1 milyard avro YARDIM AYIRDI 

130666

Avropa İttifaqı (Aİ) Ukraynaya silah-sursat dəstəyi üçün 1 milyard avroluq maddi yardım ayırıb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin açıqlamasında qeyd edilib. 

Bildirilib ki, Aİ üzv dövlətlərə Ukraynaya bağışladıqları döyüş sursatlarını cari ehtiyatları və ya 9 fevral - 31 may 2023-cü il tarixləri arasında verdiyi sifarişlər vasitəsilə ödəyə biləcək. 

Tədbir üzv dövlətlərin ilin sonuna qədər Ukraynaya 1 milyon artilleriya mərmisi göndərmək məqsədinin martın 20-də çatdırılmasını və birgə tədarükü sürətləndirmək məqsədi daşıyır. 

Bu yardımla Aİ-nin Avropa Sülh Fondu çərçivəsində Ukraynaya ümumi töhfəsi 4,6 milyard avroya yüksələcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin