Pentaqonun məxfi məlumatlarını yayan gənc BELƏ SAXLANILDI - ANBAAN VİDEO 

Hazırda oxunan: Pentaqonun məxfi məlumatlarını yayan gənc BELƏ SAXLANILDI - ANBAAN VİDEO 

130651

ABŞ-nin Massaçusets ştatından olan 21 yaşlı gənc pilot Pentaqonun məxfi sənədlərini yaymaqda şübhəli bilinir. 

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

Məlumata görə, Cek Teyşeyra sənədlərin ilk dəfə yayıldığı “Thug Shaker Central” internet saytının sahibidir. 

Onlayn tanışlıq və söhbət saytında 30-a qədər gənc və yeniyetmə silahlar, irqçilik və video oyunlara ortaq maraq üzərində söhbətlər aparıblar. Teyşeyra da hələlik necə əldə etdiyi sirr olaraq qalan məxfi məlumatları bu söhbətlər əsnasında ictimailəşdirib. 
Qeyd edək ki, sosial şəbəkələrdə Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilinən satqın gəncin saxlanılma anının video görüntüləri yayılıb. 

Həmin videonu təqdim edirik: 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin