Belarusiyanı yenə etirazlar bürüdü

Hazırda oxunan: Belarusiyanı yenə etirazlar bürüdü

1304

Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın oktyabrın əvvəlində Litvadan etdiyi müraciətində Prezident Aleksandr Lukaşenkoya 25 oktyabra qədər istefa etməsi üçün verdiyi vaxt ötən gün bitib. Tixanovskaya Lukaşenkoya istefa vermədiyi təqdirdə ölkədə yeni etiraz dalğası artacağı xəbərdarlığını etmişdi.

Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, vaxt bitdikdən sonra minlərlə insan yenidən küçələrə axışıb. Nümayişçilər dövlət başçısının istefasını tələb ediblər.

Ötən gün ərzində saxlanılanların sayı 128-ə çatıb.

Belarusun “Viasna” İnsan Hüquqları Mərkəzinin açıqlamasına görə  polis etirazçılara sərt müdaxilə edib. Bibər qazı və səs bombası istifadəsi zamanı bəzi şəxslər yüngül yaralanıb.

Açıqlamada bildirilir ki, yaralı sayının müəyyənləşdirilməsinə dair işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin