ABŞ Prezidenti Co Bayden dünən 4 günlük səfərlə Şimali İrlandiya və İrlandiyaya gəlib. Bu gün o, paytaxt Belfast şəhərində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb.
Bizim.Media xəbər verir ki, liderlər 25 il əvvəl imzalanmış Belfast (Yaxşı Cümə) Sazişi haqqında danışıblar.
Onlar bu sazişin ildönümünü Şimali İrlandiyada qeyd etmək üçün razılığa gəliblər.
Bundan əlavə, liderlər iki ölkə arasında daha geniş əlaqələri müzakirə ediblər.
Həmçinin gələn ay keçiriləcək G7 Sammitinin gündəliyi müzakirə predmeti olub.
Qeyd edək ki, Rişi Sunak iyun ayında Vaşinqtona səfər edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:11 / 12.04.2023
Bayden Britaniyanın Baş naziri ilə görüşdü
Hazırda oxunan: Bayden Britaniyanın Baş naziri ilə görüşdü
Hazırda oxunan: Bayden Britaniyanın Baş naziri ilə görüşdü
130389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.