BMT: "Ukraynada 8 500-ə yaxın mülki şəxs həlak olub"

Hazırda oxunan: BMT: "Ukraynada 8 500-ə yaxın mülki şəxs həlak olub"

130247

Rusiya ilə davam edən müharibə nəticəsində indiyədək Ukraynada 8 490 mülki şəxs həlak olub. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb. 

Məlumata görə, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb. 

BMT-nin hesablamalarında göstərilib ki, itkilərin əksər hissəsi Ukrayna hökumətinin nəzarətində olan və Rusiya qüvvələrinin hücumuna məruz qalan ərazilərdə, o cümlədən şiddətli döyüşlərin getdiyi Donetsk və Luqansk vilayətlərində qeydə alınıb: “Həmin ərazilərdə 3 927 ölüm hadisəsi qeydə alınıb”. 

BMT itkilərin sayının daha çox olacağını istisna etmir. 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin