Almaniyada mühacir və qaçqın axını ilə bağlı kütləvi etiraz aksiyaları baş qaldırıb.
Bizim.Media “Le Figaro” qəzetinə istinadla xəbər verir ki, almanları böyük qaçqın axını səbəbindən yarana biləcək təhlükəsizlik məsələləri və ev çatışmazlığı narahat edir.
Burada təkcə ukraynalı qaçqınlardan deyil, eyni zamanda suriyalı və əfqanıstanlı mühacirlərdən söhbət gedir.
Qeyd edək ki, yanvar ayında “Welt am Sonntag” qəzeti Avropa Komissiyasının “Miqrasiya və qaçqınlarla bağlı vəziyyət barədə hesabat” adlı məxfi sənədlərinə istinadla Almaniyada sığınacaq almağa çalışan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 226 min 467 nəfərə çatdığı barədə məlumat yaymışdı. Bunun 2016-cı ildən bəri ən böyük miqrant axını olduğu bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:12 / 11.04.2023
Almaniyada qaçqın axını ilə bağlı kütləvi etirazlar BAŞLADI
Hazırda oxunan: Almaniyada qaçqın axını ilə bağlı kütləvi etirazlar BAŞLADI
Hazırda oxunan: Almaniyada qaçqın axını ilə bağlı kütləvi etirazlar BAŞLADI
130219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.